ABŞ-də sinaqoqda silahlı insident baş verdi - VİDEO

22:44 - 12 Mart 2026

ABŞ-də sinaqoqda silahlı insident baş verdi - VİDEO

ABŞ-nin Miçiqan ştatındakı “İsrail Məbədi” (Temple Israel) sinaqoqunda silahlı insident baş verib.


Manset.az xəbər verir ki, bu barədə yerli polis “X”də məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla saat 12:30 radələrində qeydə alınıb.

Məlumata görə, naməlum şəxs yük maşını ilə qəsdən sinaqoqun binasına çırpılıb və nəticədə hadisə yerində yanğın başlayıb. Oklənd dairəsinin şerifi Maykl Buşar bildirib ki, ən azı bir nəfər binaya daxil olaraq təhlükəsizlik əməkdaşlarına atəş açıb. Şerif hücumçunun hələ saxlanılmadığını və hadisə yerindən qaçdığını vurğulayaraq sakinlərə ərazidən uzaq durmağı tapşırıb.

Hazırda ölənlər və yaralananlar barədə rəsmi məlumat yoxdur, lakin hücumçunun özünün yaralanmış ola biləcəyi ehtimal edilir. Polis binada başqa şəxslərin olub-olmadığını araşdırır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az