Kərim Vəliyev: “Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram”

19:55 - 30 Avqust 2022

Kərim Vəliyev: “Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram”

“100 il əvvəl qazanılmış bu şanlı qələbə Türkiyə tarixinin ən şanlı qələbəsindən biridir. İki qardaş ölkə arasındakı münasibətlər bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində inkişaf edir”.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust - Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən söyləyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında mədəni, dini, tarixi əlaqələr hərb sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar yaradır: 

“Bu birlik regionda sabitliyin və əmin-amanlığın qorunmasına xüsusi töhfə verir”.

“Hər iki qardaş ölkəyə yeni qələbələr və uğurlar arzulayıram”- deyə Kərim Vəliyev bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv