İsmayıllıda baş verən yanğın söndürülüdü - Şabranda isə məhdudlaşdırıldı

13:20 - 31 Avqust 2022

İsmayıllıda baş verən yanğın söndürülüdü - Şabranda isə məhdudlaşdırıldı

Avqustun 30-da İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kəndlərinin bələdiyyə ərazisində başlayan yanğının söndürülməsi məqsədilə ETSN-in bütün yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə səfərbər olunublar.

 

Bunu Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, artıq yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.

Nazirlik rəsmisi onu da bildirib ki, dünən Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın ETSN-in yerli qurumlarının 50-yə yaxın əməkdaşı və FHN-in yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Hazırda ərazidə soyutma işləri aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az