“Facebook” hər kəsin istifadə etdiyi bu özəlliyi bağlayır – Tarix açıqlandı

15:57 - 31 Avqust 2022

“Facebook” hər kəsin istifadə etdiyi bu özəlliyi bağlayır – Tarix açıqlandı

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Facebook” öz oyun xidməti olan "Facebook Gaming”-i dayandırır.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Meta oktyabr ayında” Facebook Gaming” proqramına dəstəyi dayandıracağını açıqlayıb.

"Facebook Gaming” proqramının bir çox funksiyaları əsas "Facebook” proqramına köçürüləcək.

"Facebook Gaming” komandasının yaydığı açıqlamada bildirilir: "28 oktyabr 2022-ci il tarixindən etibarən "iOS” və "Android” üçün "Facebook Gaming” proqramı artıq mövcud olmayacaq. Bu tarixdən sonra "Facebook Gaming” artıq işləməyəcək. Proqram bağlanmadan oyun tətbiqi axtarış məlumatlarını yükləyə bilərsiniz”.

Qeyd edək ki, Meta "Facebook Gaming” təşəbbüsünə böyük məbləğdə pul yatırıb. O, yaradıcılarla, xüsusən "Twitch” və "YouTube”da uzun illər müqavilələr imzalayıb. Lakin şirkət metaverse kainat üzərində fokuslandığı üçün bu layihəni bitirmək qərarına gəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az