Paytaxtın bu yollarında sıxlıqdır - SİYAHI

09:40 - 05 Sentyabr 2022

Paytaxtın bu yollarında sıxlıqdır - SİYAHI

Bakıda avtomobil yollarında sıxlıq olan ərazilər açıqlanıb.

 

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxt yollarında sıxlıq olan ərazilərin siyahısını təqdim edib:

- Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

- Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

- Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

- Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində;

- Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;

- Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

- “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az