Bakıda “Prius”lar toqquşdular: Xəsarət alan var - FOTO

09:54 - 05 Sentyabr 2022

Bakıda “Prius”lar toqquşdular: Xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun “20 Yanvar” stansiyasının yaxınlığında baş verib.

Belə ki, yol kənarında dayanan sərnişin taksi fəaliyyəti ilə məşğul olan sürücüyə məxsus “Toyota Prius” markalı avtomobili saxlamasını xahiş edib.

Eyni istiqamətdə hərəkətdə olan digər eyni markalı maşının sürücüsü dayanan avtomobilə çırpılıb.

Sonuncuda olan sürücü zərbənin təsirindən xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az