Qurumuş ağacların yerinə yeniləri əkildi

18:54 - 05 Sentyabr 2022

Qurumuş ağacların yerinə yeniləri əkildi

Xəzər rayonu, Buzovna qəsəbəsi, "Rahat Market"in qarşısındakı quru və qəzalı vəziyyətdə olan ağacların yerinə bu gün rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yeni ağaclar əkilib.

Manset.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

Xatırladaq ki, Xəzər rayonu ərazisinin müxtəlif ünvanlarında quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı rayon İcra Hakimiyyətinin Dövlət Ekoloji Ekspertiza  Agentliyinə müraciəti əsasında qurumuş şam ağaclarının götürülərək əvəzinə yeni ağacların əkilməsi şərtilə rəy verilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az