Lerikdə qəzaya düşən şəxslərin durumu necədir? - TƏBİB-dən AÇIQLAMA

11:24 - 06 Sentyabr 2022

Lerikdə qəzaya düşən şəxslərin durumu necədir? - TƏBİB-dən AÇIQLAMA

Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanlardan iki nəfər TƏBİB-in tabeliyindəki Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülüb. 

 

Bu barədə Manset.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

“Hazırda xəsarət alan altı nəfərdən dördü Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, ikisi isə Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Onların vəziyyəti orta ağır olaraq qalır”, - deyə qurum rəsmisi əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az