“Dualarımız onunladır” - Dünya liderlərindən kraliçaya

21:46 - 08 Sentyabr 2022

“Dualarımız onunladır” - Dünya liderlərindən kraliçaya

ABŞ Prezidenti Co Bayden, Kanadanın Baş naziri Castin Trüdo, BMT Baş katibi Antonio Quterreş, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bir neçə saat əvvəl vəziyyəti kəskin pisləşən Böyük Britaniya kraliçası II Yelizavetaya şəfa diləklərini çatdırıblar.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağ Evin yaydığı bəyanatında deyilir:

"Prezident Baydenin fikirləri hazırda Kraliça və onun ailəsinin yanındadır”.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib: 

“Biz hamımız Böyük Britaniyada inkişaf edən vəziyyəti izləyirik. BMT Baş katibinin fikirləri hazırda Kraliça, onun ailəsi və Böyük Britaniya xalqı ilədir”.

“Mənim və ölkədəki kanadalıların fikirləri bu anda Əlahəzrət Kraliça II Yelizaveta ilədir. Ona ən xoş arzularımızı yetirir və kral ailəsinə ən xoş arzularımızı göndəririk”, - deyə Trüdo bildirib. 

“Fikirlərim və dualarım onunladır. O, britaniyalı dostlarla ümumi evimiz olan Avropanın bütün tarixini əks etdirir. O, bütün bu illər ərzində hamımıza sabitlik, inam, böyük cəsarət bəxş etdi, o çox zərifdir. Dualarımız onunladır”, - deyə fon der Lyayen bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az