Ukraynada azərbaycanlılar hərbi birləşmə yaratdılar - VİDEO

13:15 - 09 Sentyabr 2022

Ukraynada azərbaycanlılar hərbi birləşmə yaratdılar - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Xarkov, Krivoy Roq, Nikolayev, Sumı istiqamətində ağır döyüşlər gedir.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 50 km irəliləyərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

O da bildirilib ki, Ukraynada yaşayan azərbaycanlılar ilk dəfə İvano-Frankovsk vilayətində ərazi özünümüdafiə qüvvələrinin tərkibində hərbi birləşmə yaradıblar. 

“Birləşmənin 30-a yaxın əsgəri var, komandiri də azərbaycanlıdır”, - deyə əlavə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az