3 ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü - oğlan öldü (YENİLƏNDİ+FOTOLAR)

15:12 - 12 Sentyabr 2022

3 ay əvvəl evlənən cütlük ağır qəzaya düşdü - oğlan öldü (YENİLƏNDİ+FOTOLAR)

Gənc aqronom Rauf Bəkirovun həlak olduğu yol qəzasının təfərrüatları məlum olub.

Manset.az xəbər verir ki, ağır qəza ötən gün Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində, Kürdəmir-Zərdab yolunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Bəkirov Rauf Kamal oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən “TR-045”  markalı traktorla toqquşub. Daha sonra Raufun sürdüyü minik avtomobili qarşıdan gələn “Ford Transit”ə toxunaraq yolun kənrına aşıb. Nəticədə R.Bəkirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişini, həyat yoldaşı Ruşanə Əliyeva isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.

Bildirilir ki, R.Bəkirov “Binə Agro” şirkətində aqronom kimi çalışırmış. O, bu il iyunun 22-də Ruşanə ilə ailə həyatı qurubmuş.

Hadisə yeni evlilər rayondan Bakıya qayıdarkən baş verib.

14:00

Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan gənc mütəxəssis dünyasını dəyişib.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gənc aqronom Rauf Bəkirovun ölüm xəbərini onun yaxınları sosial şəbəkədə paylaşıblar. O, bu gün yol qəzasında vəfat edib.

Məlumata görə, R. Bəkirov bu ilin iyununda ailə həyatı qurub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az