Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məhəmmədhüseyn Hüseynov tutduğu vəzifəsindən azad edilib.
Manset.az-ın məlumatına görə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun bununla bağlı müvafiq əmr imzalayıb. Bildirilir ki, Məhəmmədhüseyn Hüseynov rayon daxilində Azər İsmayılov adlı sahibkarın məsələləri ilə bağlı yeni təyin olunan icra başçısı Araz Əhmədovla aralarında yaranan mübahisə səbəbindən istefa verib.