Cari ilin ilk yarısında azad olunmuş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

18:19 - 15 Sentyabr 2022

Cari ilin ilk yarısında azad olunmuş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Cari ilin ilk yarısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 1172,4 milyon manat məbləğində (2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çox) maliyyələşdirmə aparılıb.

Manset.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Qeyd edilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 53,3 faizinə bərabərdir. Hesabat dövründə dövlət büdcəsində 1268,9 milyon manat profisit yaranmışdır ki, bu da proqnozlaşdırılan göstəricidən 892,2 milyon manat və ya 2,4 dəfə çoxdur.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az