Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

10:15 - 19 Sentyabr 2022

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Baic” markalı nəqliyyat vasitəsinin sürücüsü Orxan Məmmədov yol hərəkəti  qaydalarını kobud şəkildə pozduğuna görə YPX əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. O.Məmmədovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az