Sentyabrın 18-dən 19-na keçən gecə Estoniya, Latviya, Litva və Polşa Rusiya vətəndaşlarına şengen turist vizası verilməsini dayandırıb.
Manset.az xəbər verir ki, adı açıqlanan 4 ölkə bu qərarını ictimai təhlükəsizliyə təhdidlə əlaqələndirib.
Estoniya tərəfi açıqlayıb ki, rusların 70%-dən çoxu Rusiyanın Ukraynadakı tammiqyaslı hərbi əməliyyatlarını dəstəkləyir, ona görə də onlar üçün giriş məhdudiyyətlərinin tətbiqi ilk növbədə təhlükəsizlik məsələsidir.