Qafanda yaşayan erməni azərbaycanlılara səsləndi: “Ağacların barı-bəhəri də sizinlə gedib” - VİDEO

13:46 - 19 Sentyabr 2022

Qafanda yaşayan erməni azərbaycanlılara səsləndi: “Ağacların barı-bəhəri də sizinlə gedib” - VİDEO

Zəngəzurun Qafan şəhərinin inzibati ərazisində yerləşən Mahmudlu kəndində yaşayan erməni sovet dövründə kənd sovetinin sədri olmuş Səməd Qarayevə videogörüntü ilə mesaj göndərir.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, o, görüntüdə azərbaycanca danışıb. Bildirib ki, ağacların barı-bəhəri də azərbaycanlılarla gedib.

Qeyd edək ki, bu kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilib, buna baxmayaraq, yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırıblar. 90-cı illərdə isə kəndin adı saxtalaşdırılaraq Getişen edilib.

Mahmudlu adı XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az