Ermənilərə dəstək oldu - Bakı konserti ləğv edildi (FOTO)

14:15 - 19 Sentyabr 2022

Ermənilərə dəstək oldu - Bakı konserti ləğv edildi (FOTO)

Ukraynanın Xalq artisti Tina Karolun paytaxt Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib.

 

Manset.az BAKU.WS-ə istinaadən xəbər verir ki, buna səbəb müğəninin sosial şəbəkədə erməniləri dəstəkləyən paylaşım etməsi olub.

Konsertin ləğv olunması barədə məlumatı iticket.az yayıb.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl ukraynalı müğənni Maks Barskixin də Bakıda baş tutacaq konserti ləğv edilib.

Buna səbəb Maksın həmkarı Tina kimi sosial şəbəkədə ermənilərə dəstək paylaşımı etməsi olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az