Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

12:40 - 20 Sentyabr 2022

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.
 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, rayon sakini Ağabala Raziyev idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə şəhər ərazisində hərəkətdə olarkən nəzarət-yoxlama qaydasında saxlanılıb. Onun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunub və müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi sübuta yetirilib. 

A.Raziyev barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, inzibati həbs edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az