İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azad Vətən Partiyasına və Yeni Yol Partiyasına ofis sahəsi təqdim edilib.
Bu barədə Manset.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata əsasən partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.
Qeyd edək ki, Azad Vətən Partiyasının sədri Akif Nağı, Yeni Yol Partiyasının sədri isə Ramil Hüseynovdur.
