Astarada “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirildi

13:50 - 17 Oktyabr 2022

Astarada “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirildi

 Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda  görüş keçirilib. 
     

Manset.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin cəmiyyətdə səbəb olduğu acı nəticələr və insan orqanizminə vurduğu zərərlər barədə videoçarx izlənilib.

Çıxış edən Astara Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Ceyhun Abdulov, Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digərləri bəşəriyyət üçün böyük bəla sayılan narkomaniyaya qarşı görülən tədbirlərin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildiriblər.

Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az