UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində günün ən maraqlı oyunlarından biri İngiltərədə baş tutacaq.
Manset.az xəbər verir ki, "Liverpul" İngiltərədə Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək.
"Enfild" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
19 mart
00:00. "Liverpul" - "Qalatasaray"
Qeyd edək ki, bu cütlüyün ilk oyununda "Qalatasaray" 1:0 hesabı ilə qələbə qazanıb.