Ölkənin əsas qida təminatçılarından olan “Azərsun Holdinq” Gəncədə yerləşən "SOS Uşaq Kənd”ində yaşayan ailələrin iftar süfrələrini açmaları üçün qida təminatı təşkil edib.
Bu təşəbbüs Ramazan ayının paylaşma və həmrəylik ruhunu dəstəkləmək,
kənddə yaşayan ailələrin müqəddəs ayın mənəvi ab-havasını daha rahat şəkildə
yaşamasına töhfə vermək niyyəti daşıyır.
“Azərsun Holdinq” olaraq əsas hədəfimiz Ramazan ayının mənəvi
dəyərlərini təşviq etmək, xeyirxahlıq və paylaşma ənənələrini yaşadaraq cəmiyyətimizdə
sosial həmrəyliyin güclənməsinə dəstək olmaqdır.