Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 665 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 136, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 276 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.
