Azərbaycana qar yağdı - FOTO

10:32 - 15 Noyabr 2022

Azərbaycana qar yağdı - FOTO

Xızıya qar yağıb.

 

Manset.az xəbər verir ki, səhər saatlarından etibarən yağan qar ətrafı ağ örpəyə bürüyüb.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti höküm sürür.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, duman olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 1-4° isti olacağı ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az