Yeni hücumlar gözlənilir - Rusiya hərbi gücünü cəmləyir (VİDEO)

14:53 - 28 Noyabr 2022

Yeni hücumlar gözlənilir - Rusiya hərbi gücünü cəmləyir (VİDEO)

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə kommunal xidmətlərlə bağlı problemlər tədricən aradan qaldırılır.

“Buna baxmayaraq, bütün Ukrayna üzrə yenidən raket hücumunun gözlənilməsi ilə əlaqədar ciddi xəbərdarlıq var. Hətta ötən axşam Ukrayna Prezidenti Volodimir Zelenski də əhaliyə bununla bağlı müraciət etdi”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, son günlər Rusiya ordusu hərbi gücünü əsasən Donetsk və Zaporojye istiqamətində cəmləyir, genişmiqyaslı hücum gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az