Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələxsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi fəaliyyətlərdə ittiham olunan məmurlar bu əməllərinə görə cəzalandırırlar.
Müvafiq araşdırmaların nəticəsində bir sıra hallarda külli miqdarda vəsaitin mənimsəniləməsi halları üzə çıxır.
Manset.az xəbər verir ki, Bizim.Media bu günə qədər ölkəmizdə üzə çıxmış ən böyük mənimsəmə hallarını araşdırıb.
1. Eldar Həsənov
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.
2. Nizami Məmmədov
Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.
3. Mənsur Əsgərov
Noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən M. Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.
4. Rafael Əliyev
Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
5. Səlim Müslümov
2021-ci ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Keçmiş nazir 27 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunub.
6. Vilyam Hacıyev
İmişlinin sabiq icra başçısının mənimsəməkdə ittiham olunduğun məbləğ isə 8 milyon manatdır. Sabiq məmur külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma kimi qanunazidd əməllərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.
7. Alimpaşa Məmmədov
Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 7 milyon manata yaxın vəsaiti mənimsəmədə və rüşvətalmada ittiham olunub.
8. Əhməd Əhmədov
Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinib. Bir neçə gün öncə isə sabiq nazirin səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxıldığı ilə bağlı xəbərlər yayılıb.
9. Vüqar Səfərli
KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.
Yüksək vəzifəli məmurların ən böyük mənimsəmə FAKTLARI
09:21 - 02 Dekabr 2022

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Sabah hava necə olacaq?

Azərbaycanda körpələrə qoyulan qəribə adlar - Dua, Koroğlu, Nənəş, Dağlar.....

Natiq Cəfərliyə AĞIR İTKİ

Azərbaycanda bu müəllimlərə 2250 manat veriləcək - SİYAHI

DYP-dən radarlarla bağlı MÜRACİƏT

Sumqayıt-Bakı qatarı yolda qaldı

Bu rayonlarda yeni məktəblər tikilir

Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ - İxtisas seçimi başlayır

Eldar Salahova yüksək vəzifə verildi - FOTO

Hazırda bu yollarda tıxac var - SİYAHI

Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?

Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
Xəbər xətti
- 07 İyul 2025
- 13:40 "Xəstəxanalarda növbələrin yaranmasının günahkarı vətəndaşlardır" - Vüqar Qurbanov
- 13:37 Avtobus yük maşınına çırpıldı — 21 ölü, çoxsaylı yaralı var
- 13:30 Mənzildə yanğın baş verdi - 8 nəfər öldü
- 13:26 "Bir çox ölkə ilə tariflərlə bağlı razılığa gələcəyik"- Tramp
- 13:13 Sabah hava necə olacaq?
- 13:05 Netanyahudan atəşkəs bəyanatı
- 13:03 İndoneziyada vulkan püskürdü – Həyəcan siqnalı verildi
- 12:55 Azərbaycanda körpələrə qoyulan qəribə adlar - Dua, Koroğlu, Nənəş, Dağlar.....
- 12:39 Natiq Cəfərliyə AĞIR İTKİ
- 12:33 Azərbaycanda bu müəllimlərə 2250 manat veriləcək - SİYAHI
- 12:12 DYP-dən radarlarla bağlı MÜRACİƏT
- 11:52 Yay ayı, payız havası – Anormallığın səbəbi nədir?
- 11:49 Yanğın “LC Waikiki”nin anbarında baş verməyib - YENİLƏNİB
- 11:41 Məşhur şadlıq sarayında FACİƏ - Ölən var
- 11:19 Bakıda 2 yaşlı uşaq siçan dərmanından zəhərləndi
- 11:10 İlham Əliyev qəbul keçirdi - FOTO
- 10:52 Sumqayıt-Bakı qatarı yolda qaldı
- 10:48 Bu rayonlarda yeni məktəblər tikilir
- 10:45 Texniki nasazlıq qəza ilə nəticələndi - ANBAAN GÖRÜNTÜLƏR
- 10:20 Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ - İxtisas seçimi başlayır
- 10:15 Eldar Salahova yüksək vəzifə verildi - FOTO
- 10:09 Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
- 09:55 Xaricdəki diplomatlarımız Bakıda - Ulu öndərin məzarını ziyarət etdilər
- 09:46 Genetika, yoxsa mühit? – Ayrı böyüdülən üçəmlərin eksperimenti
- 09:33 Şəhid olan türk hərbçilərinin sayı 8-ə çatdı
- 09:30 “Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək
- 09:19 “Əl Hilal” sərvət təklif etdi - O, “Qalatasaray”ı seçdi
- 09:16 Binanın uçması nəticəsində ölənlərin sayı 27-yə çatdı
- 09:00 Hazırda bu yollarda tıxac var - SİYAHI
- 08:00 Ata 2 uşağını illərdir daxmada gizlətdi - SƏBƏB
- 01:00 Məşhur döyüş təyyarəsinin istehsalı dayandı
- 00:30 Bu ölkə üçün "TikTok"un yeni versiyası hazırlanır - ŞOK İDDİA
- 06 İyul 2025
- 23:57 Cüdoçumuz Avropa ikincisi oldu
- 23:39 Rusiya hava limanlarında 287 reys ləğv edildi
- 23:27 İcma İlham Əliyevə təşəkkür etdi
- 23:17 "Fənərbağça" Duranı kirayələdi
- 22:53 İranda daha bir "Mossad" agenti saxlanıldı
- 22:35 Bu ölkədə zəlzələ oldu
- 22:16 Gürcüstanda məşhur iş adamı saxlanıldı
- 21:58 “Şamaxı” portuqaliyalı futbolçu transfer etdi
- 21:39 Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?
- 21:16 Tramp Texasda fövqəladə vəziyyət elan etdi
- 20:52 XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı
- 20:32 Zakir Həsənovdan türkiyəli həmkarına başsağlığı
- 20:18 Roma Papası bu iqamətgaha köçdü - FOTO
- 19:57 “Neftçi” dünya ulduzu ilə danışıqlar aparır
- 19:32 Abşeronda 2 avtomobil toqquşdu - Video
- 19:24 Paşinyan “Hraparak”ı məhkəməyə verdi
- 19:02 Türkiyə ordusunun 5 əsgəri şəhid oldu
- 18:57 Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
- 18:33 Zelenskidən Rusiyaya qarşı yeni - Sanksiyalar

