Terrorçuluğu maliyyələşdirən dini qurumlar və QHT-lər cərimələnəcək

18:37 - 05 Dekabr 2022

Terrorçuluğu maliyyələşdirən dini qurumlar və QHT-lər cərimələnəcək

Dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin terrorçuluğu maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə yeni cərimələr müəyyənləşir.

 

Manset.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar və Cinayət Məcəllələrinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qənirə Paşayeva: İnsanlar uşaq bezləri və yeməklərinin qiymətlərinin aşağı salınmasını istəyir

Layihəyə əsasən, dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmamasına görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan iyirmi min manatadək məbləğdə cərimə ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az