Erməni millətçiləri Qarabağdakı sülhməramlıların komandirini ölümlə HƏDƏLƏDİLƏR

10:30 - 06 Dekabr 2022

Erməni millətçiləri Qarabağdakı sülhməramlıların komandirini ölümlə HƏDƏLƏDİLƏR

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Belə ki, radikal erməni millətçiləri Volkovun sülhməramlıların Azərbaycan yer adlarından istifadə etdiyini bildirdiyi müsahibəsindən narazılıqlarını bildiriblər.

Onlar generala eyham vurublar ki, 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinini ikinci katibi vəzifəsində çalışan Viktor Polyaniçko 1 avqust 1993-cü ildə Şimali Osetiyada bir qrup erməni yaraqlısının hücumu nəticəsində həlak olub.

Yeri gəlmişkən, Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında Laçın dəhlizinin girişində, sülhməramlıların 1-ci postunda Azərbaycanın mini  gömrük məntəqəsinin yaradılacağını deyib.

Bu məlumat da erməni millətçilərini bərk qorxuya salıb. Dünəndən sosial şəbəkələrin erməni seqmenti mövzunu geniş müzakirə edib.

Qeyd edirlər ki, Rusiya və Azərbaycan 10 noyabr 2020-ci il bəyanatını birbaşa pozur. Bu baxımdan Qarabağda müvəqqəti yaşayan erməniləri hərəkətə keçməyə çağırırlar.

Üstəlik, Türkiyənin F-16 qırıcılarının Bakıya gəlişindən də əndişəyə düşüblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az