Təxribata hazırlaşan separatçıların rəzil durumu: Xankəndidə meydan “lərzəyə gəldi” - YENİLƏNDİ (VİDEO)

17:57 - 12 Dekabr 2022

Təxribata hazırlaşan separatçıların rəzil durumu: Xankəndidə meydan “lərzəyə gəldi” - YENİLƏNDİ (VİDEO)

Erməni separatçıların Xankəndidə təxribat hazırlıqları davam edir. 
 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin erməni seqmentində görüntülər yayılıb. 

Görünür, separatçıların təxribat hazırlıqları heç də istədikləri kimi getmir. Belə ki, separatçılar guya “birləşmək”, “birlik” kimi pafoslu çıxışlar etsələr də, Xankəndinin mərkəzində təşkil olunan toplanışa cəmi 50-60 nəfər yığa biliblər. 

Halbuki, sosial şəbəkələrdə ermənilər Xankəndidə toplandıqdan sonra bağlanan Şuşa-Xankəndi yolunu açmaq iddiaları səsləndirirdilər. Erməni separatçılar bu məqsədlə minlərlə insanın toplaşacağını düşünsələr də, sonda ortaya çıxan mənzərə onları növbəti dəfə rüsvayçılıqla üzləşdirib. 

Çox güman ki, separatçılar real həyatda sosial şəbəkələrdə olduğu qədər “cəsarətli” olmadıqlarını, monitor arxasında pafosla danışmaqla, azərbaycanlıların qarşısına çıxmağın bir olmadığını ildırım sürəti ilə dərk etməli olublar.

16:07

Qarabağda sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdəki erməni separatçılar növbəti təxribata hazırlaşırlar.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hazırda separatçılar Xankəndidəki meydanda toplaşmağa başlayıblar.

Erməni separatçılar azərbaycanlı fəalların etiraz aksiyası keçirdiyi əraziyə yollanmaq istəyirlər.

Onların məqsədinin etirazlar nəticəsində bağlanmış “yolu açmaq” olduğu qeyd edilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az