Son bir həftədə meşə fondu torpaqlarında 100 mindən çox ağac əkildi - FOTOLAR

12:10 - 13 Dekabr 2022

Son bir həftədə meşə fondu torpaqlarında 100 mindən çox  ağac əkildi - FOTOLAR

Ölkə ərazisində yağışlı hava şəraitinin olmasına baxmayaraq ağacəkmə və meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir. 

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Manset.az-a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən meşəbərpa tədbirləri dünən Qəbələ, Sabirabad və Quba rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb.

“Gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 18 000 müxtəlif növ ağac əkilib, 660 kiloqramdan çox toxum səpilib”.

 C.Qəribovun sözlərinə görə, son bir həftə ərzində meşə fondu torpaqlarında 100 mindən artıq ağac tingi əkilib, 5 tondan çox toxum səpilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az