Konteynerdə gömrük orqanına bəyan olunmayan 17 ədəd moped aşkar edildi

14:07 - 16 Dekabr 2022

Konteynerdə gömrük orqanına bəyan olunmayan 17 ədəd moped aşkar edildi

Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Çin Xalq Respublikasından gələn yük maşınının üzərindəki konteynerə baxış keçirilib.

 

Manset.az xəbər verir ki, yoxlama zamanı konteynerdəki malların arasında gömrük bəyannaməsində göstərilməyən 17 ədəd “M 1” markalı elektromoped aşkar edilib. Həmin nəqliyyat vasitələri ölkə ərazisinə Bakı şəhərində qeydiyyatda olan hüquqi şəxs tərəfindən gətirilib.  

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az