BDU-nun korpusu təmirə bağlanır - Tələbələr köçürüləcək

16:41 - 16 Dekabr 2022

BDU-nun korpusu təmirə bağlanır - Tələbələr köçürüləcək

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, 2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq. 

Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri Odlar Yurdu Universitetində, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetində tədrislərinə davam etdirəcəkləri bildirilir.  

BAKU.WS məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb. Təhsil ocağının mətbuat xidmətindən bildirilib ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az