Dumanlı hava nə vaxtadək davam edəcək?

12:58 - 17 Dekabr 2022

Dumanlı hava nə vaxtadək davam edəcək?

“Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur”.

 

Manset.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: “Bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb”.

G.Məmmədovanın sözlərinə görə, gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb.

O əlavə edib ki, ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək: “Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az