Ağır qəzada həlak olan zabitlərdən biri yüksək rütbəlidir - YENİLƏNDİ (FOTO)

12:33 - 21 Dekabr 2022

Ağır qəzada həlak olan zabitlərdən biri yüksək rütbəlidir - YENİLƏNDİ (FOTO)

Füzuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada vəfat edən şəxslərin ikisi də Azərbaycan ordusunun zabitləridir. A.Nəzərov mayor, İ.İmdatlı isə baş leytenant rütbəsində xidmət edirmiş. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.

Qəzada vəfat edən sürücü, Azərbaycan ordusunun mayoru A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək.

Ordumuzun iki zabiti faciəvi şəkildə öldü

***

Dekabrın 21-də səhər saatlarında Füzuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cü il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az