Qazaxıstanda taxıldaşıyan yük qatarı qəzaya uğradı - FOTOLAR

13:19 - 28 Dekabr 2022

Qazaxıstanda taxıldaşıyan yük qatarı qəzaya uğradı - FOTOLAR

Qazaxıstanın Karaqanda vilayətində yük qatarının 19 vaqonu relsdən çıxıb.

Manset.az xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” milli şirkətinin saytında məlumat verilib.

İlkin məlumatlara görə, hadisə “Karabas” stansiyasının “Karaqanda-Akadır” hissəsində baş verib. Hadisəyə səbəb xüsusi mülkiyyətçiyə məxsus olan birinci taxıldaşıyan vaqonun təkərlərində yaranan problem olub. Ölən və yaralananlar olmayıb.

Bu ərazidə qatarların hərəkəti yanaşı yoldakı rels vasitəsilə bərpa olunub. İki sərnişin qatarının hərəkəti dayandırılıb.

Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az