Azərbaycanda medianın əsas problemlərindən biri dövlət qurumlarının mətbuat katibləri ilə əməkdaşlıqdır. Jurnalistə ən əlçatan işçi mətbuat katibi olmalıdır. Onların mətbuatla əməkdaşlıq bacarığı isə hər kəsdə eyni olmur.
Bu il bəzi mətbuat katiblərinin fəaliyyətində irəliləyiş hiss olundu. Mətbuat katibləri arasında yüksək vəzifələrə təyinat alanlar, başqa quruma transfer olunanlar, hətta işinə son verilənlər də oldu.
Manset.az Bizim.Media-ya istinadən bu il işdən çıxan mətbuat katibləri və ya mətbuat katiblərini yeniləyən qurumlarla bağlı məlumatı təqdim edir:
TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mətbuat katibi Günay Quluzadə öz istəyi ilə vəzifəsindən ayrılıb. O bildirib ki, vidaları sevməsə də, bəzən daha yaxşı xidmət üçün yerdəyişmə lazımdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi vəzifəsinə isə yeni təyinat olub. Həmin vəzifə Səidə Əhmədovaya həvalə edilib. O, bundan əvvəl nazirliklərdən birində işləyib
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə də tutduğu vəzifədən azad olunub. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat alıb.
Mətbuat katibi, eyni zamanda, aparıcılıq edən Xanım Yadigarlı yeni vəzifəyə təyin olunub. O, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə şöbə müdiri təyin edilib. Xatırladaq ki, o, buna qədər həmin Mərkəzin mətbuat katibi olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib. Azadə Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək. O, AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva isə işindən öz xahişi ilə ayrılıb. O, bundan sonra da media sahəsində fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
Digər işdən öz istəyi ilə ayrılan mətbuat katibi isə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərovdur. O, fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə isə müvəqqəti təyinat olub. Bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib. Bu təyinat nazirliyin şöbə müdiri Məryəm Qafarzadənin sosial məzuniyyətə çıxması ilə bağlıdır.
Başqa bir təyinat Xarici İşlər Nazirliyində olub. Ayxan Elxan oğlu Hacızadə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla isə mətbuat katibi vəzifəsini icra edən Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu il həm də “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni mətbuat katibi təyin olundu. QSC-nin yeni sədri Rövşən Rüstəmovun əmri ilə Sənubər Nəzərova qurumun mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova isə işdən çıxarılıb.
Başqa bir təyinat isə Hesablama Palatasında olub. Quruma yeni mətbuat katibi təyin olunan Zeynəb Kazımovadır iki həftə sonra həmin vəzifədən gedib.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev də vəzifəsindən ayrılıb. O, vəzifəsindən ayrılmasını səhhətində yaranan müvəqqəti narahatlıqlarla əlaqələndirib.
"Azəristiliktəchizat" ASC-də yeni mətbuat katibi vəzifəsi açılıb və bu yer Elvin Basqallıya həvalə edilib. O, bundan əvvəl XƏZƏR və SPACE televiziya kanallarında çalışıb.
Azərbaycan Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) növbəti kadr dəyişikliyi baş verib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Günel Əhmədova vəzifəsindən ayrılıb. Həmçinin qurumda aparılan struktur islahatları nəticəsində həmin vəzifə ləğv edilib.
Müdafiə sənayesi naziri Mədət Quliyev özünə yeni müşavir təyin edib. Nazirin əmri ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin sabiq rəisi Arif Babayev bu vəzifəyə gətirilib.
Bakı Dövlət Universtetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər də (Orucəliyeva) bu il vəzifəsindən ayrılan mətbuat katiblərindəndir. O, bundan sonra karyerasına BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam edəcək.
2022-ci ildə işdən çıxarılan və təyin olunan mətbuat katibləri
12:24 - 06 Yanvar 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
16 Mart 2026 - 01:58
"Narahatlığa əsas yoxdur" - MN
15 Mart 2026 - 19:05
İran İsrailə qarşı “Sacil” raketindən istifadə etdi
15 Mart 2026 - 15:28
İranın 153 səhiyyə müəssisəsi zərbələrə məruz qalıb - Ölən və yaralananlar var
15 Mart 2026 - 18:00
Rasim Balayevin son durumu AÇIQLANDI
15 Mart 2026 - 18:50
Bu ərazidə 760 abonent qazsız qaldı
15 Mart 2026 - 16:07
İrandakı Rusiya konsulluğu fəaliyyətini dayandırdı
15 Mart 2026 - 16:48
İran yenidən İsrailə raket zərbəsi endirdi - VİDEO
15 Mart 2026 - 19:47
Paşinyan bu dəfə avtobusda turşu yedi - VİDEO
15 Mart 2026 - 22:37
Qubada müəllim dəm qazından boğulub öldü
15 Mart 2026 - 14:00
Azərbaycanda bu şəxslər 5 il tez pensiya ala bilər
15 Mart 2026 - 23:10
"Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib" - Fərid Şahbazlı
15 Mart 2026 - 12:39
Sabah bu ərazilərdə güclü külək əsəcək - Yağış yağacaq
Xəbər xətti
- 16 Mart 2026
- 01:58 "Narahatlığa əsas yoxdur" - MN
- 01:50 Xamenei əslində necə öldürülüb? - Gizli səsyazısı YAYILDI
- 01:20 SEPAH ABŞ-nin dörd hərbi bazasına qanadlı raket zərbələri endirdiyini iddia etdi
- 01:00 İsrail ordusu bir gündə İranda 200-dən çox obyektə hücum etdiyini açıqladı
- 00:45 Pezeşkian Makronla danışıqlar apardı
- 00:30 Netanyahunu öldürəcəyinə and içən general öldürüldü
- 00:07 İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanıldı
- 15 Mart 2026
- 23:36 Güləşçimiz Serbiyada qızıl medal qazandı
- 23:10 "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib" - Fərid Şahbazlı
- 23:02 Azərbaycan və Səudiyyə XİN başçıları telefonla danışdı
- 22:37 Qubada müəllim dəm qazından boğulub öldü
- 22:14 Fərid Xəlilov Avropa çempionatında bürünc medal qazandı
- 21:51 ABŞ səfirliyi raket atəşinə tutuldu
- 21:20 Qusarda "Mercedes" dərəyə aşdı - Yaralanalar var
- 21:02 Zelenski Rusiya və İran vətəndaşlarına qarşı sanksiya tətbiq etdi
- 20:50 Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
- 20:26 Öldüyü deyilən Netanyahudan AÇIQLAMA - VİDEO
- 20:03 ''İran lazım olduğu qədər özünü müdafiə etməyə hazırdır'' - Əraqçi
- 19:47 Paşinyan bu dəfə avtobusda turşu yedi - VİDEO
- 19:25 Qazaxıstanda referendumda səsvermə başa çatdı
- 19:05 İran İsrailə qarşı “Sacil” raketindən istifadə etdi
- 18:50 Bu ərazidə 760 abonent qazsız qaldı
- 18:33 BƏƏ zərərsizləşdirdiyi İran raketləri və insan itkilərinin sayını açıqlayıb
- 18:13 Qazaxıstanın Bakıdakı səfirliyində səsvermə keçirilir
- 18:00 Rasim Balayevin son durumu AÇIQLANDI
- 17:32 ''İranda əməliyyatları ən azı daha üç həftə davam etdirəcəyik'' - İsrail Ordusu
- 17:17 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO
- 17:00 Daha 18 nəfər İrandan Azərbaycana təxliyə olundu - YENİLƏNİB
- 16:48 İran yenidən İsrailə raket zərbəsi endirdi - VİDEO
- 16:30 Türkiyə və Azərbaycanın diplomatları Suriyada görüşdülər
- 16:07 İrandakı Rusiya konsulluğu fəaliyyətini dayandırdı
- 15:59 Moskvada tramvaylar toqquşdu - Yaralananlar var
- 15:51 Basketbol millimiz FIBA Çempionlar Kubokunda ikinci oldu
- 15:28 İranın 153 səhiyyə müəssisəsi zərbələrə məruz qalıb - Ölən və yaralananlar var
- 15:14 İmtahanda 4 nəfərdə mobil telefon aşkarlandı
- 15:00 “Azərbaycanlıların gözünə baxmağa utanıram”
- 14:48 İrandan Azərbaycana daha 6 nəfər təxliyə olundu
- 14:35 Tokayev prezident seçkilərinin keçiriləcəyi vaxtı açıqladı
- 14:20 Görüş məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə
- 14:15 Yaşayış evlərini talayan şəxs saxlanıldı
- 14:00 Azərbaycanda bu şəxslər 5 il tez pensiya ala bilər
- 13:43 Əraqçi ABŞ və İsraillə mümkün razılaşmadan danışdı
- 13:30 Millimiz ABŞ-yə qalib gəlib finala yüksəldi
- 13:22 “Formula-1”dən gözlənilməz QƏRAR
- 13:07 Əraqçi Müctəba Xamenei haqqında danışdı
- 12:55 Təyyarələrdə çay və su istədikdə 2 dəfə düşünün – Dəhşətli araşdırma
- 12:39 Sabah bu ərazilərdə güclü külək əsəcək - Yağış yağacaq
- 12:37 Real TV 8 yaşında!
- 12:26 Azərbaycanda ana körpəsini evdə qoyub qaçdı
- 12:15 Zərdabdan Bakıya narkotik gətirdi - Saxlanıldı
- 12:00 Tramp müharibənin sonunu anons etdi - TARİX