Bakıya qar yağır

23:48 - 08 Yanvar 2023

Bakıya qar yağır

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında axşama doğru qar yağmağa başlayıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın, Bakıda gecə və gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80% olacaq. Şimal-şərq küləyi 07-si axşamdan 09-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enib və gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Yanvarın 08-i axşamdam 12-dək yolların buz bağlaması ehtimalı var.

Mobil telefonlardakı hava proqnozu tətbiqlərində isə Bakıya yağan qarın səhər saat 07:00-dan sonra bir qədər intensiv xarakter alacağı göstərilir. 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az