Ölkəmizdə məmur kimi fəaliyyət göstərmiş bir sıra sabiqlərin övladları xaricdə yaşamlarını davam etdirirlər. Həmin məmur övladlarının bir çoxu xaricdə yaşadıqlarını özləri bildiriblər. Əksəriyyətinin isə qürbətdə məskunlaşdıqları müxtəlif araşdırmalar yaxud qarışdıqları olaylarla üzə çıxıb.
Digər maraqlı məqam ondan ibarətdir ki, bəzi məmurların övladları ataları vəzifədə olarkən qürbətə getsələr də, bir qismi atası vəzifədən “vurulduqdan” sonra ölkəni tərk edib.
Manset.az xəbər verir ki, Bizim.Media övladları xaricdə yaşayan sabiq məmurları araşdırıb.
Əli Həsənov
PA-nın sabiq şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli və qızı Səfiyə Möhbalıyevanın hər ikisi xaricdə yaşayır. Şamxal ABŞ-da daşınmaz əmlak, Səfiyə isə Dubayda qiymətli daş-qaş biznesi ilə məşğuldur. Şamxalın 2021-ci ilin əvvəlindən Azərbaycandakı mülklərini sataraq birdəfəlik ölkədən çıxdığı bildirilir.
Elmar Məmmədyarov
Sabiq xarici işlər nazirinin hər iki oğlu – Emin və Riyad ABŞ-da yaşayır. Riyad Məmmədyarov Nyu-York Universitetində təhsil alıb. Emin Məmmədyarovun adı isə aldığı 4,5 milyon dollar dəyərində daşınmaz əmlaklarla bağlı olan 2020-ci ilin oktyabrında açılmış məhkəmə işində hallanıb. Eks-nazir övladının xaricdə ev alması ilə bağlı faktı özü də mətbuata açıqlamasında təsdiq edib.
Ziya Məmmədov
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da xaricdə yaşayan keçmiş məmur övladlarındandır. O, həyatını İngiltərənin paytaxtı Londonda davam etdirir. Onun 2017-ci ildə Londona köçdüyü bildirilir.
Heydər Əsədov
Sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədova da xaricdə yaşayır. O, Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşıdır və Londonda yaşayır. Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda həyatına davam edir.
İsmət Abbasov
Londona üz tutan bir digər nazir övladı isə keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovdur. Onun 2006-ci ildən bu şəhərdə yaşadığı deyilir.
Hacıbala Abutalıbov
Bakı Şəhər İcra Hakimiyyətinə 17 ildən çox rəhbərlik etmiş Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da xaricə üz tutanlardandır. O da Londonda yaşayır.
Əli Abbasov
2014-15-ci illərdə rabitə və yüksək texnologiyalar naziri olmuş Əli Abbasovun oğlu Eldar Abbasov da Londonda yaşayır. O, “Azərenerji “ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiya ilə evlənib.
Oqtay Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva da xaricdə yaşayan məmur övladlarındadır. Nərmin Şirəliyeva Rusiya vətəndaşıdır və bir neçə əvvəl Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində çalışıb. Oqtay Şirəliyevin digər qızı Nərgiz Şirəliyeva da Rusiya vətəndaşıdır və 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (Yedinaya Rossiya) üzvüdür.
Fazil Məmmədov
Keçmiş Vergilər naziri Fazil Məmmədovun qızı Selcanxatun Məmmədovanın da Londonda yaşadığı bildirilir. 2019-cu ildə onun həyat yoldaşı, Fazil Məmmədovun müavini olmuş Namiq Əliyevin oğlu Əbdül Əliyevin Londonda biznes fəaliyyəti ilə məşğul olduğu üzə çıxmışdı.
Qeyd edək ki, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlanları Rza və Seymurun da İstanbula getdiyi, lakin qısa zamanda geri qayıtdığı xəbərləri yayılıb. İddialara görə, onlar biznes məsələləri ilə əlaqədar, Türkiyəyə səfər ediblər. Buna rəğmən yayılan iddialar, Talıbovun uşaqlarının yaxın zamanda ölkəni birdəfəlik tərk edəcəkləri yönündədir.
Övladları xaricdə yaşayan sabiq məmurlar – Çoxalan SİYAHI
09:46 - 13 Yanvar 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 Mart 2026 - 23:25
Azərbaycanda AĞIR QƏZA - Çoxlu yaralılar var
14 Mart 2026 - 20:58
Azərbaycan səhiyyəsinə AĞIR İTKİ - FOTO
14 Mart 2026 - 13:24
Prezidentin köməkçisi daha bir görüş keçirdi
14 Mart 2026 - 10:09
Qlobal dəyişikliklər dövründə Azərbaycanın sülh və təhlükəsizlik təcrübəsi
14 Mart 2026 - 17:27
Elektron sənəd dövriyyəsinə keçidin məntiqi davamı
14 Mart 2026 - 10:27
Azərbaycanda dövlət agentliyi ləğv edildi
14 Mart 2026 - 10:45
Bakıda yanacaqdoldurma məntəqəsi bağlandı
14 Mart 2026 - 14:48
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
14 Mart 2026 - 12:27
Bakıda ucuz mənzillər satışa çıxarıldı
14 Mart 2026 - 23:05
Hörmüz kartı: İran dünyanı yuan şərti ilə şantaj edir?
14 Mart 2026 - 09:35
Bu gün “Qarabağ”ın oyunu var
14 Mart 2026 - 23:44
SEPAH-ın yüksək rütbəli generalı ÖLDÜRÜLDÜ
Xəbər xətti
- 15 Mart 2026
- 07:30 Niyə ac qalmaq faydalıdır?
- 01:53 İran ABŞ-yə məxsus "Citibank"ı niyə hədəf aldı? - Əraqçi açıqladı
- 01:30 Kalsiumla zəngin 10 ot və ədviyyat
- 01:18 Livana hücumlarda 1 gündə 14 tibb işçisi həlak oldu
- 00:52 İsrail Beyruta hava zərbələri endirdi
- 00:30 Tanınmış alman filosof vəfat etdi - FOTO
- 00:21 "Rusiya və Çinlə hərbi əməkdaşlıq davam edir" - Əraqçi
- 00:08 "Türkiyə milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək"
- 14 Mart 2026
- 23:56 25-ci günün duası - İmsak və iftar vaxtı
- 23:44 SEPAH-ın yüksək rütbəli generalı ÖLDÜRÜLDÜ
- 23:37 Azərbaycanda bu federasiyalar birləşdirildi
- 23:25 Azərbaycanda AĞIR QƏZA - Çoxlu yaralılar var
- 23:19 İsfahanda fabrikə raket atdılar - Ölənlər var
- 23:16 “Qalatasaray” qələbə qazandı
- 23:05 Hörmüz kartı: İran dünyanı yuan şərti ilə şantaj edir?
- 22:51 Qurban Qurbanovdan "Sabah" barədə diqqətçəkən sözlər
- 22:29 Gənc oğlan evin həyətində ölü tapıldı
- 22:14 İlin ən pis filmləri və aktyorları açıqlandı
- 21:53 "İsrail Qəzza zolağı kimi, İran və Livanı da bombalayır" - Ərdoğan
- 21:34 Müctəba Xameneinin vəziyyəti ilə bağlı iddialara CAVAB
- 21:14 "Qarabağ" "Zirə"ni məğlub etdi
- 20:58 Azərbaycan səhiyyəsinə AĞIR İTKİ - FOTO
- 20:43 Neftçalada qadın dəm qazından boğuldu
- 20:26 BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
- 20:14 Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul etdi - FOTOLAR
- 19:59 Ailəsi 58 yaşlı kişinin meyitini tapdı
- 19:45 "İran enerji obyektlərinə qarşı istənilən hücuma cavab verəcək"
- 19:23 "Bir sıra ölkələr Hörmüz boğazına hərbi gəmilər göndərəcək" - Tramp
- 19:16 Qanunsuz saxlanılan 5 avtomat, 19 tüfəng aşkarlandı
- 18:52 Bu gün Bakıda 537 küçə yuyuldu - FOTOLAR
- 18:31 Sosial şəbəkədə söyüş söyən 3 nəfər həbs olundu
- 18:14 Rəqsanənin Gəncədəki konserti ləğv olundu
- 18:06 XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırdı
- 17:43 Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
- 17:27 Elektron sənəd dövriyyəsinə keçidin məntiqi davamı
- 17:14 "Sabah" "İmişli"ni məğlub etdi
- 16:51 24 Hindistan gəmisindən 2-si Hörmüz boğazından keçib
- 16:38 Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ
- 16:19 “Ən böyük tənqidçim özüməm" - "Qarabağ”ın futbolçusu
- 16:03 Makron Livanla İsrail arasında vasitəçilik təklif edir
- 15:49 Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı
- 15:34 Pakistanlı diplomat İrandan Azərbaycan sərhədi ilə təxliyə olundu
- 15:16 "İranla müharibə kəskinləşir və həlledici mərhələyə qədəm qoyur"
- 14:59 İşlədiyi ofisdən 9000 dollarlıq fotoaparat oğurladı - Saxlanıldı
- 14:48 Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
- 14:32 İrandan daha 21 nəfər Azərbaycana təxliyə edildi
- 14:14 SEPAH BƏƏ-yə xəbərdarlıq etdi
- 13:52 Müşviqabad hövzəsində kanalizasiya kollektorları tikilir - VİDEO/FOTO
- 13:32 Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
- 13:24 Prezidentin köməkçisi daha bir görüş keçirdi
- 13:10 Bazar günü hava necə olacaq?