15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürüldü - DİN

13:39 - 20 Yanvar 2023

15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürüldü - DİN

Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Mansst.az xəbər verir ki  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 5,3 kiloqrama yaxın heroin, 9,6 kiloqrama yaxın marixuana, həmçinin 350 qrama yaxın metamfetamin olub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az