“WhatsApp”ın yeni funksiyası: Bundan sonra...

11:02 - 22 Yanvar 2023

“WhatsApp”ın yeni funksiyası: Bundan sonra...

WhatsApp” mesencerində artıq özünüzə mesaj göndərə biləcəksiniz.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə proqramın “AppStore”da ən son versiyasının təsvirində məlumat verilir.

Yenilənmədən artıq əksər istifadəçilərin istifadə etməsi mümkündür. Sadəcə yeni çat yaratmaq və kontakt siyahısında özünüzü seçmək lazımdır. Özünüzə mətn mesajları, link keçidləri və ya fotoşəkillər göndərə bilərsiniz.

Funksiya rəqəmsal bloknot və ya vacib məlumatların arxivi kimi faydalı ola bilər. Funksiya “WhatsApp”da davamlı yazışanlar və qeydlər üçün ayrıca proqramdan istifadə etməyənlər üçün daha əlverişli olacaq.

Özünüzə mesaj göndərmək imkanı artıq həm şəxsi, həm də korporativ mesajlaşmaların əksəriyyətində mövcuddur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az