Bakıda ağır qəzada həlak olan bu yüksək vəzifəli şəxsdir? - AÇIQLAMA (FOTO)

10:24 - 23 Yanvar 2023

Bakıda ağır qəzada həlak olan bu yüksək vəzifəli şəxsdir? - AÇIQLAMA (FOTO)

Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyevin Bakıda sərxoş halda idarə etdiyi 25-BG-025 dövlət qeydiyyat nişanlı avtomobildə qəzaya düşərək həyatını itirməsi ilə bağlı məlumat yayılıb.

 

Manset.az-ın əməkdaşı yayılan məlumatla bağlı Vasif Əliyevlə əlaqə saxlayıb. O, açıqlamasında yayılan xəbərin yalan olduğunu bildirib:

“Mən yaxın günlərdə Bakıda hər hansı qəza törətməmişəm. Yazılanlar həqiqəti əks etdirmir. Bu mənə qarşı təxribatdır. Məsələ ilə bağlı polisə müraciət etməyə gedirəm. Mən bu məlumatı yayanların cəzalandırılmasını tələb edəcəm”.

 

Manşet.az
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az