Bakıda bu marşrut "Bakubus"a verildi

18:06 - 07 Fevral 2023

Bakıda bu marşrut \"Bakubus\"a verildi

Bakıda 44 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları "BakuBus" MMC-yə həvalə edilib.

 

Bu barədə Manset.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Agentliyin verdiyi müvafiq sərəncam ilə fevralın 8-dən etibarən Zığ qəsəbəsi - “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC təşkil edəcək.

"Bu addımda məqsəd 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir", - məlumatda deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv