Güclü külək Bakıda ağacları qırdı - FOTO

09:53 - 09 Fevral 2023

Güclü külək Bakıda ağacları qırdı - FOTO

Dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ədəd ağaca ziyan dəyib. 

 

Bu barədə Manset.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Rəsmi məlumata görə, Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülərək ərazi təmizlənib. 

Sözügedən hallar əsasən, paytaxtın Xətai rayonu Məzahir Rüstəmov 26, Xətai Rüstəmov küçəsi, Nizami rayonu Çobanzadə küçəsində, Yasamal rayonu Vahabzadə küçəsində qeydə alınıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az