"Anadolu"nun müxbiri və ailə üzvləri zəlzələdə öldü

20:56 - 09 Fevral 2023

\"Anadolu\"nun müxbiri və ailə üzvləri zəlzələdə öldü

Türkiyənin Anadolu Agentliyinin müxbiri Burak Milli və onun ailə üzvləri bu ölkənin Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Bildirilib ki, Burak Milli (31), onun həyat yoldaşı Ayşen Milli (30) və 5 aylıq qızları Eylül Lina Hatayın cənubundakı İsgəndərun şəhərində yerləşən binanın dağıntıları altında qalıblar.

Xilasedicilər jurnalistin və onun ailə üzvlərinin meyitlərini dağıntılar arasından yalnız bu gün çıxara biliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az