SOCAR-ın sabiq vitse-prezidenti VƏFAT ETDİ

12:14 - 11 Fevral 2023

SOCAR-ın sabiq vitse-prezidenti VƏFAT ETDİ

Dövlət Neft Şirkətinin (SOCAR) sabiq vitse-prezidenti Bəhram Hüseynov vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentlərindən Xaliq Məmmədov paylaşım edib. O bildirib ki, B.Hüseynov ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, B.Hüseynov 2016-2021-ci illərdə SOCAR-da Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti olub. Həmin ilin iyulunda SOCAR-ın vəzifədən azad edilən 4 vitse-prezidentindən (Mikayıl İsmayılov, Bəhram Hüseynov, Tofiq Qəhrəmanov və David Məmmədov) biri də B.Hüseynov idi.

Xatırladaq ki, mərhum neft sahəsindəki fəaliyyətinə görə, 2009-cu ildə "Tərəqqi" medalına layiq görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az