Rusiyalı xilasedicilər Türkiyədə dağıntılar altından 150 min dollar aşkar ediblər.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumata görə, xilasedicilər uçan evdə axtarış-xilasetmə əməliyyatları zamanı içərisi yüz dollarla dolu olan qazan aşkar ediblər.
Daha sonradan tapılan məbləğin 150 min dollar olduğu müəyyən edilib və vəsaitlər yerli polisə təhvil verilib.