Yataqxanadakı yanğının ilkin səbəbi məlum oldu

14:16 - 14 Fevral 2023

Yataqxanadakı yanğının ilkin səbəbi məlum oldu

Xəbər verdiyimiz kimi, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 18 m² olan birotaqlı mənzilin mətbəxi və eyvanı 12 m² sahədə yanıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Manset.az xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az