Tələbələrimizdən xəbər var – Valideynlər meyitlərin tanınması üçün çağırıldı

15:50 - 14 Fevral 2023

Tələbələrimizdən xəbər var – Valideynlər meyitlərin tanınması üçün çağırıldı

Malatyada azərbaycanlı tələbələrin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, artıq xilasedicilər tələbələrin yaşadığı mənzilə çatıblar.

Dağıntılar altından yenidən meyitlər çıxarıldıqdan sonra tələbələrin valideynləri meyitlərin həmin tələbələrə aid olub-olmadığını dəqiqləşdirmək üçün əraziyə çağırılıb. Bu barədə AzTV-nin ərazidə olan müxbiri məlumat verib.

Bildirilib ki, meyitlərin azərbaycanlı tələbələrə aid olub-olmadığı hələ də dəqiqləşməyib. Bununla bağlı əlavə məlumat veriləcək.

Onu da qeyd edək ki, dağıntılar altından tələbələrə aid "Qurani-Kərim” kitabı, Azərbaycan və Türkiyə bayraqları tapılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az