"Space"də böyük DƏYİŞİKLİK: Elmanı Elman əvəz etdi - FOTO

14:19 - 15 Fevral 2023

\"Space\"də böyük DƏYİŞİKLİK: Elmanı Elman əvəz etdi - FOTO

"Space" televiziyasında kadr dəyişikliyi olub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, "Space" TV-nin yeni rəhbəri Vado Korovin "Hər Gün" xəbərlər xidmətinin müdiri Elman Gədiklini vəzifəsindən azad edərək onun yerinə tanınmış xəbər aparıcısı Elman Bakuvini təyin edib.

Artıq Vado Korovin Elman Bakuvini xəbərlər otağına gətirərək kollektivə təqdim edib.

Elman Gədiklinin isə kanalda qalıb-qalmayacağı bəlli deyil. 

Qeyd edək ki, bir neçə il öncə Elman Gədikli "Space" TV-də xəbərlər xidmətinin müdiri olsa da, işdən çıxarılmışdı. O, bir müddət sonra yenidən həmin vəzifəyə təyin olunmuşdu. 

 

Fotoda: Elman Gədikli

Fotoda: Elman Bakuvi

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az