Gəncədən daha 3 TIR humanitar yardım Türkiyəyə yola düşdü

19:46 - 15 Fevral 2023

Gəncədən daha 3 TIR humanitar yardım Türkiyəyə yola düşdü

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Füzuli, Ağsu, Şəmkir rayonlarından və Gəncə şəhərindən toplanan yardımlar yola salınıb.

 

Manset.az xəbər verir ki, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, adyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar olan 25 752 kiloqram humanitar yardım 3 TIR tipli yük maşını ilə qardaş ölkəyə doğru hərəkət edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə Gəncə şəhərindən növbəti günlərdə də humanitar yardım karvanı yola düşəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az